Kremldən Pelosinin Ermənistana səfərinə münasibət

“Rusiya Azərbaycan və Ermənistan arasında nizamlanmaya faktiki töhfə vermək üçün istənilən cəhdləri alqışlamağa hazırdır”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərini şərh edərkən bildirib.

“Sözdə deyil, əməldə və yüksək səslə, populist şəkildə deyil, reallıqda, sakit və işgüzar şəkildə münasibətlərin normallaşmasına töhfə verə bilən hər şey sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər, bu alqışlanmalıdır. Bu cür səs-küylü hərəkətlər və bəyanatlar isə bu normallaşmaya həqiqətən töhfə verə bilərmi – buna hələ baxarıq, zamanla hər şey aydınlaşacaq”, - deyə Peskov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ