İranda qadınlar kütləvi şəkildə saçlarını kəsirləri və hicabları yandırırlar - video

İranda hicabı “səhv” geyindiyinə görə polis tərəfindən döyülən qızın ölümünə etiraz olaraq qadınlar kütləvi şəkildə saçlarını kəsdirməyə və hicablarını yandırmağa başlayıblar.

Bu barədə görüntüləri iranlı jurnalist və fəal Məsih Əlinejad öz Twitter səhifəsində paylaşıb.

“İranlı qadınlar qəzəblərini saçlarını kəsdirməklə və hicablarını yandırmaqla Məhsa Əmininin polis tərəfindən öldürülməsinə etiraz edirlər. Yeddi yaşımızdan hicab geyinmişik. Saçlarımızı örtməsək nə məktəbə gedə, nə də işə düzələ bilərik. Biz bu gender bərabərsizliyindən bezmişik”, - deyə o yazıb.

Bundan əlavə, jurnalist qeyd edib ki, hakimiyyət Əmininin ölümündən sonra küçələrə çıxan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib və atəş açıb. Onun sözlərinə görə, bir neçə etirazçı yaralanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ