Koronavirus pandemiyası mövcud çətinliklərə baxmayaraq, faktiki olaraq sona çatıb.
Bunu ABŞ prezidenti Co Bayden CBS telekanalına müsahibəsində deyib.
“Pandemiya bitdi. Lakin bizim hələ də COVID-19 ilə problemimiz var, biz hələ də bunun üzərində çox işləyirik. Diqqət etsəniz, heç kim maska taxmır, görünür hamı yaxşı vəziyyətdədir”, - deyə bayden bildirib.