Bakıda otel rəhbəri müəmmalı şəkildə ölüb.
Buta.media “Qafqazinfo”-ya istinadən məlumat verir ki, Nərimanov rayonunda yerləşən “Golden Shine” otelinin rəhbəri, Türkiyə vətəndaşı Mehmet Ali Altınterim aprelin 4-də gecə saat 03 radələrində evində vəfat edib.
60 yaşlı M.A.Altınterimin ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə tibbi ekspertizası təyin edilib.