İran polisi hicaba görə gənc qızı döyüb öldürdü

İranda gənc qızı hicabı düzgün geyinmədiyinə görə döyüb öldürüblər.

Bu barədə Reuters məlumat yayıb.

Məlumdur ki, 22 yaşlı Məhsa Əmini İraqdan Tehrana qohumlarını ziyarət etmək üçün gəlib. Burada gənc qız şəriət normalarına riayət olunmasına nəzarət edən polis əməkdaşlarından ibarət xüsusi dəstə tərəfindən saxlanılıb. Məhsa Əmini küçədə hicabı düzgün geyinmədiyinə görə polis bölməsnə aparılıb. tezliklə onun qardaşı bölməyə gələrək bacısı görmək istəyib. Lakin bu mümkün olmayıb.

Daha sonra isə polis bölməsinə təcili yardım maşını çağırılıb və qızı xəstəxanaya aparıblar. Gəncin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu əmin ediblər ki, Əmini infarkt və ya insult keçirdikdən sonra komaya düşüb.

Yerli hüquq müdafiəçiləri bildirirlər ki, polis gənc qızı bölmədə döyüb və nəticədə onda böyrək çatışmazlığı yaranıb. Rəsmilər isə  bu iddiaları rədd edir və mərhumun qəfil ürək problemi səbəbindən öldüyünü iddia edirlər.

Reuters yazır ki, hadisə sosial şəbəkələrdə və küçələrdə iranlıların etirazına səbəb olub. Prezident İbrahim Rəisinin göstərişindən sonra Əmininin ölümü ilə bağlı təhqiqata başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ