Goranboy rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib.
Buta.media xəbər verir ki, "Qafqazinfo"nun verdiyi məlumata görə, ötən gecə şöbədə saxlanılan 50-55 yaşlarında olan kişi orada ölüb.
DİN mətbuat xidmətinin Qərb Regional qrupundan verilən məlumata görə, hadisə ötən gecə saat 23.30 radələrində baş verib. Yol Polisi əməkdaşları rayonun Goranlı kənd sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlunu idarə etdiyi "VAZ2107" markalı avtomobillə saxlayıblar.
Məlum olub ki, saxlanılan şəxs sərxoşdur. O, Goranboy rayon Polis Şöbəsində aparılıb və barəsində inzibati xətalar məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib. Şöbədən çıxan zaman şəxsin halı pisləşib.
Dərhal Təcili Tibbi Yardım çağırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Qərb Regional Qrupdan bildirilib ki, İ. Yolçiyev saxlanılan zaman həyat yoldaşı və qızıda yanında olub. Onların dediyinə görə, onlarda irsi olaraq ürək damar xəstəliyi var. Sürücünün də bu səbəbdən öldüyü ehtimal edilir.
Hazırda faktla bağlı Goranboy Prokuroluğunda araşdırma aparılır.