Məmmədyarov Sent-Luisdə üçüncü oldu

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində iştirak etdiyi “Fişer şahmatı” turniri başa çatmaq üzrədir.

Azerisport.com xəbər verir ki, Uesli So, Layner Dominges, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı - ABŞ), Alireza Firuzca (Fransa), Petr Svidler, Yan Nepomnyaşşi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da turnirdə iştirak edirlər.

Bu gün son üç tur baş tutub və nəticəyə görə Şəhriyar 6 xal toplayaraq üçüncü yerdə qərarlaşıb.

Məmmədyarov - Dominges 1:0

Svidler - Məmmədyarov 1:0

Məmmədyarov - Aronyan 0,5:0,5

Turnir cədvəli:  Firuzca, Karuana - hərəyə 6,5 xal, Məmmədyarov, Nepomnyaşşi - hərəyə 6, So - 4,5, Aronyan, Nakamura - hərəyə 4, Dominges, Svidler - hərəyə 3,5, Kasparov - 0,5.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ