Uşaqlarını amansızlıqla öldürən azərbaycanlı anaya - AĞIR CƏZA - FOTO + VİDEO

Quldurluq və soyğunçuluğa görə əvvəllər məhkum edilmiş və Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxsin həyat yoldaşı, iki övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən əslən azərbaycanlı olan Yelena Kərimovaya hökm oxunub. 

Kriminalnn.ru portalının verdiyi məlumata görə, məhkəmənin qərarı ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmə prosesində son söz deyən qadın özünü cinayətdə təqsirli bilməyib. 

Qeyd edək ki, hadisə 2018-ci ilin aprelində Nijenovoqorod vilayətində baş verib. Aprelin 26-da Semenovsk rayonunda içərisində iki uşaq meyiti olan yanmış avtomobil aşkar edilib. Məlum olub ki, Y.Kərimova əvvəlcə övladlarını boğub, daha sonra isə izi itirmək üçün avtomobili yandırıb.

Polis tərəfindən saxlanılan qadın əməlini etiraf edib. O, maddi çətinlik çəkdiyini və cinayəti bu səbəbdən törətdiyini bildirib. 

Bununla yanaşı, məlum olub ki, qadın hər ay avtomobil kirayəsinə 40 min rubl (təxminən 1000 manat) xərcləyir və cinayətdən bir müddət əvvəl xaricdə istirahət üçün yol vərəqəsi qazanıb. 

Məlumatlarda qeyd edilib ki, cinayət işinin araşdırılması Rusiya İstintaq Komitəsinin Nijeqorod vilayəti üzrə idarəsinin xüsusi nəzarətindədir. 

Həmçinin, istintaq zamanı müəyyən edilib ki, qadın keçmiş əri olan Azərbaycan vətəndaşının tələbi ilə İslam dinini qəbul edib. Ancaq o, İslam dininin qanunlarına riayət etməyib və öz həyatını davam etdirib. Buna görə də qətlin motivinin dini zəmində baş verməsi ehtimalı qəbul edilməyib. 

İstintaq zamanı qadının digər cinayətinin də üstü açılıb. Məlum olub ki, qadın Nijenovqorod şəhərində yaşadığı qohumlarının evindən dəyəri 140 min rubl (təxminən 3600 manat) olan qızıl-zinət əşyaları oğurlayıb. 

Yaxın vaxtlarda cinayət işinin məhkəməyə göndəriləcəyi bildirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ