Fikrət Qoca: Prezidentə bir teleqram göndərdim, iki saata mənə ev verdi

Bir dəfə prezidentə məktub yazdım, məktub da yox, balaca, zarafatyana bir teleqram, iki saata mənə ev verdi. 

Buta.media-nın məlumatına görə, bunu Azərbaycanın Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın BakuPost.az-a müsahibəsində bildirib.

Xalq yazıçısı qeyd edib ki, prezident belə məsələlərə çox həssasdır

“Ölkə başçısı yazıçıların hamısını tanımır”.

Öz təxəllüsündən danışan yazıçı bildirib ki, cavanlıqdan adını Qoca qoyub. 

“Sabir Günləri açılanda mənə söz verdilər. Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza və başqa çox adam var idi orda. Dedilər, söz verilir Fikrət Qocaya, amma çaşmayın, cavan oğlandır. Bu Qocanı arzu kimi götürdüm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ