Bakının Bakıxanov qəsəbəsində kütləvi dava olub.
Buta.media minval.info-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə gəncin yumruq davasına çıxdığı görünür. Onlar bir-birilərinə zərbələr endirib, təhqir edirlər.
İddialara görə, dava qız üstündə düşüb. Y.Əliyev və S.Mehmandarov küçələrinin kəsişməsində toqquşan gənclər dava etməyə başlayıblar.
Yaşları 15-18 arasında dəyişən onlarla gənci ətrafdakılar seyr etməklə kifayətlənib.
Qeyd edək ki, təhqir dolu sözlər olduğu üçün videonu səs olmadan təqdim edirik: