“Azov-Xarkov” Xüsusi Əməliyyat Qüvvələrinin və knyaz Romanın adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçiləri Xarkov vilayətinin şimal-şərqini Veseloye kəndindən Volçansk şəhərinə qədər azad edərək rusiyalı hərbçilərdən təmizləyiblər.
Bu barədə “Azov-Xarkov”un Telegram kanalında məlumat verilib.
“Ternovaya, Varvarovka, İzbitskoye, Staritsa rayonlarının tamamilə işğaldan azad edilməsi. Dövlət sərhədi nəzarətə götürülüb”, - məlumatda deyilir.
Hərbçilər əlavə edib ki, daha çox məlumat sonra veriləcək.