İstanbulda azərbaycanlılar arasında qanlı “razborka” - video

Sentyabrın 11-də İstanbulda azərbaycanlılardan ibarət cinayətkar qruplar arasında baş verən qanlı insidentin bəzi təfərrüatı məlum olub. 

Türkiyə mətbuatı yazır ki, İstanbulun Sarıyer rayonundakı “Vadi İstanbul” adlanan kafedə baş verən atışmada yaralanan altı nəfərdən dördə Azərbaycan vətəndaşıdır.

Azərbaycanlılardan başqa bir Türkiyə və bir İran vətəndaşı da yaralanıb. Bildirilir ki, İran vətəndaşının hadisə ilə heç bir əlaqəsi yoxdur, o, təsadüfən həmin kafedə olub və atışma zamanı güllə yarası alıb.

Müşahidə kameraları beş şübhəlinin hadisə yerindən qaçdığını qeyd edib. Onlar “Mercedes” və “Lexus” markalı avtomobillərlə hadisə yerindən uzaqlaşıblar.

Kriminal “razborkanın” səbəbi hələlik məlum deyil. Hadisə zamanı yaralanan Azərbaycan vətəndaşı Rafiq Əliyevin həyatının təhlükədə olduğu bildirilir - o, ayağından səkkiz güllə yarası alıb. Digər yaralıların vəziyyəti qənaətbəxşdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ