Beş günə 4 min ukraynalı hərbçi öldürülüb - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi sentyabrın 6-dan 10-dək Ukrayna Silahlı Qüvvələrinin Xarkov və Xerson vilayətlərinə əkssəkkizhücumu zamanı dörd mindən çox ukraynalı əsgərin həlak olduğunu, səkkiz mindən çox insanın isə yaralandığını bildirib.

“Ümumilikdə, təkcə bu iki istiqamətdə, sentyabrın 6-dan sentyabrın 10-dək Kiyev rejiminin itkiləri dörd mindən çox ölü və səkkiz mindən çox yaralı olub”, - Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov deyib.

Xatırladaq ki, sentyabrın əvvəlində Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində əks-hücum əməliyyatına başlayıb və yazdan bəri işğal altında olan 30-dan çox şəhər və kəndi azad edib. Xarkov vilayətindəki Rusiya bölmələri geri çəkiliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ