Kadırov Rusiya komandalığından narazıdır - Səhvlərə yol verilib

Çeçenistanın rəhbəri Ramzan Kadırov Müdafiə Nazirliyinə Balakleya, Kupyansk və İzyumdakı mövqelərdən geri çəkilmə ilə bağlı aydınlıq gətirdiyinə görə təşəkkür edib və Rusiya hərbçilərinin tezliklə itirilmiş mövqelərə nəzarəti bərpa edəcəyini bildirib.

Siyasətçi bu barədə öz Telegram kanalında məlumat verib.

O qeyd edib ki, Xarkov vilayətində geri çəkilmə şəxsi heyətin həyatını xilas etmək üçün zəruri addım idi.

“Mən, Ramzan Kazırov, sizə rəsmi şəkildə bildirirəm ki, bütün bu şəhərlər geri qaytarılacaq. Bizim döyüşçülər artıq oradadır, onlar bu iş üçün xüsusi təchiz olunub, daha 10 min döyüşçü getməyə hazırdır və sizi əmin edirəm ki, biz yaxın vaxtlarda Odessaya çatacağıq”, - Kadırov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə səhvlərə yol verilib, lakin Çeçenistan rəhbərinin fikrincə, komandanlıq bundan nəticə çıxaracaq.

“Əgər bu gün və ya sabah xüsusi hərbi əməliyyatın keçirilməsi strategiyasında dəyişiklik edilməsə, mən Müdafiə Nazirliyinin rəhbərliyi, ölkə rəhbərliyi ilə əlaqə saxlamalıyam ki, onlara həqiqətən də yerdə baş verən vəziyyəti izah edim”, - deyə o vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ