Şənbə günü, sentyabrın 10-da sosial şəbəkədə Ukrayna hərbçilərinin Kupyansk şəhərindən olan fotoşəkilləri yayılıb.
Daha əvvəl Ukrayna Prezident Aparatı bu şəhərin işğaladan azad edilməsini əks-hücum əməliyyatının əsas hədəfi adlandırmışdı.
Fotolardan birində Ukrayna hərbçiləri Kupyansk Şəhər Şurası yaxınlığında görüntüləniblər. Şəhər Şurası dünən üzərindəki körpü dağıdılan Osko çayının qərb sahilində yerləşir.
Rusiyalı müharibə müxbiri Aleksandr Kots Telegram kanalında RF qoşunlarının Xarkov vilayətindəki Kupyanskdan geri çəkildiyini etiraf edib.
Kotsun sözlərinə görə, Rusiya bölmələri hazırda Oskol çayının şərq sahili boyunca müdafiəni tutur. Hərbi müxbir İzyumda da Rusiya ordusu üçün də problemlər olduğunu bildirib.