Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Ötən sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ