Rumıniya gəmisi Qara dənizdə minaya düşüb

Rumıniya hərbi gəmisi Qara dənizdə zərərsizləşdirməyə çalışarkən minaya düşüb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, gəmiyə Konstansa limanından təxminən 25 mil şimal-şərqdə mina dolması barədə xəbərdarlıq edilib. Lakin güclü dalğalar və külək səbəbindən komanda onu zərərsizləşdirə bilməyib. Nəticədə mina partlayıb.

“Partlayış nəticəsində ölən və yaralanan yoxdur, gəmidə olan 75 hərbçinin həyatına təhlükə yoxdur”, - Rumıniya hərbi idarəsi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ