Rasim Balayev: Şəfiqə Məmmədovadan üzr istədim

Bir neçə gündür saytlarda xalq artisti Rasim Balayevin əfsanəvi aktrisa, Respublika Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova haqda verdiyi açıqlama müzakirə olunur.

Rasim Balayev verdiyi açıqlamada Şəfiqə Məmmədovanı ağır formada təhqir etmiş, onun kinodan getdiyini bildirmişdi.

Lakin bu əsasla bir çox sənətlarlar xalq artisti Şəfiqə Məmmədovanı dəstəkləmiş, Rasim Balayevin səhv etdiyini bildirmişdi.

Rasim Balayevin verdiyi açıqlamaya isə qarşı tərəfdən reaksiya bildirilmədi.

Bu gün bizimyol.info Rasim Balayevlə əlaqə saxlayıb və ona "sizin verdiyiniz açıqlamaya baxmayaraq qarşı tərəfdən heç bir reaksiya verilmədi. Əvəzində bir çox sənətkarlar isə Şəfiqə Məmmədovanı dəstəklədi" deyə sual ünvanlayıb. Xalq artisti açıqlamasında Şəfiqə Məmmədovadan üzr istədiyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ