Ərdoğan: Ukrayna taxılı kasıb yox, zəngin ölkələrə daşınır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Ukrayna taxılının bu ərzağa dah çox ehtiyacı olan ölkələrə getməməsi ilə bağlı fikri ilə razılaşıb. Ərdoğanın sözlərinə görə, çıxarılan taxıl nəzərdə tutulduğu kimi Afrika ölkələrinə yox, inkişaf etmiş, zəngin dövlətlərə gedir.

“Cənab Putin haqlıdır ki, taxıl dəhlizi vasitəsilə tədarüklər kasıb ölkələrə deyil, əsasən inkişaf etmiş ölkələrə aparılır. Putin Rusiya Federasiyasına qarşı sanksiyalar zamanı taxılın məhz sanksiyaları tətbiq edən ölkələrə göndərilməsindən narahatdır. Biz (Rusiya prezidenti Vladimir Putinlə - red.) Səmərqənddə bu mövzunu müzakirə edəcəyik”, - Türkiyə lideri bildirib.

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadiyyat Forumunun plenar iclasında çıxış edərkən bildirib ki, Ukraynadan çıxarılan taxıl aclıq içində olan ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə gedir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ