Azərbaycanda evdən gedən qadını atası taparaq öldürüb

Azərbaycanda itkin düşən qadının meyiti tapılıb.

Report-un əldə etdiyi məlumata görə, Abşeron rayonunda aşkarlanan meyitə baxış keçirilən zaman Ağsu sakini Aybəniz Abdullayevanın atası Nazim Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

Daha sonra ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ehtimal edilir ki, N.Əliyev qızının ardınca rayondan Abşerona gəlib və burada onu öldürüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ