“Müəllimlərin sertifikasiya imtahanında 51 baldan yüksək nəticə göstərən yaşı 60-dan çox olan 184 müəllim var”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, imtahan verənlər arasında hər yaşda yaxşı nəticə göstərən, səriştəli müəllimlərimiz var. Gənc, MİQ imtahanları ilə gələn çox yaxşı müəllimlər var: “Məktəblərdə işləyən müəllimlərin 80 faizə qədərinin minimal biliklərlə bağlı problemləri yoxdur. Lakin 10-12 faiz müəllimin bir il ərzində təkmilləşməyə ehtiyacı var”.
Nazirin sözlərinə görə, 469 müəllim sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib: “Bu, sertifikasiyada iştirak edənlərin 18 faizini təşkil edir. Bu tip hallar çoxdur”.