Bakıda rus qızı öpmək istəyən oğlan peşman oldu

Bakıda Rusiya vətəndaşını öpməyə çalışan kişi saxlanılıb.

Buta.media xəbər verir ki, bu baradə Oxu.Az-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, martın 31-də 26 yaşlı Rusiya vətəndaşı Yekaterina Bulanova 36-cı polis bölməsinə müraciət edib. Şikayət ərizəsində qadın 22:00 radələrində həmin rayonda yerləşən evinin qarşısında tanımadığı bir cavanın onu kafeyə dəvət etdiyini qeyd edib.

Kişi rədd cavabı alsa da, Yekaterinanı öpməyə cəhd edib. Ancaq istəyi ürəyində qalıb.

Məlumata görə, həmin şəxs Bakı sakini Atamoğlanov Təbriz Rafiq oğludur.

Hüquq-mühafizə orqanları T.Atamoğlanovun bu hərəkətinə görə ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ