Məşhur terrorçu Ayşe İstanbul aeroportunda yaxalandı - video

PKK terror təşkilatının üzvü Ayşe O. İstanbul hava limanından Adanaya uçmaq istəyərkən yaxalanıb.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları PKK terror təşkilatının üzvü olan Ayşenin İstanbul Hava Limanından Adanaya uçmalı olduğunu öyrəniblər.

Hüquq-mühafizə orqanları sentyabrın 1-də hava limanında qabaqlayıcı tədbirlər görüb. Polis barmaq izi yoxlaması zamanı qeydiyyatdan keçən Ayşenin şəxsiyyətini müəyyən edib. O, saxlanılaraq İstanbul Terrorla Mübarizə Şöbəsinə aparılıb.

Şübhəli uzun müddət “terror təşkilatına üzv olmaq” maddəsi ilə axtarışda olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ