Makqreqor Həbibin arvadını təhqir etdi: Müsəlmanlar etiraz edir - FOTO

İrlandiyalı keçmiş MMA döyüşçüsü Konor Makqreqor qalmaqallı paylaşımla gündəmə gəlib.

Buta.media-nın məlumatına görə, məşhur idmançı rusiyalı rəqibi, bir neçə ay öncə döyüşdə uduzduğu Həbib Nurməhəmmədova söz atıb. 

O, müsəlman idmançının toyundan fotosunu paylaşaraq  “dostum, sənin arvadın bir dəsmaldır” şərhini yazıb. Bu foto isə müsəlmanlar tərəfindən böyük etirazla qarşılanıb.

Konor təzyiqlərə dözməyərək tez bir zamanda fotonu silib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ