Bakıda 13 yaşlı qız evdə uşaq doğdu

Bakıda cinsi təcavüzlə üzləşdiyi bildirilən azyaşlı qız ev şəraitində uşaq dünyaya gətirib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. 

O bildirib ki, dünən ev şəraitində 13 yaşlı qız uşaq dünyaya gətirib: “Xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşməyini xahiş edir”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Hadisənin Bakı şəhərinin Sabunçu rayonunda baş verdiyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ