“Rusiya Şimali Koreyadan artilleriya mərmiləri və raketlər alır”.
Bu barədə “The New York Times” ABŞ kəşfiyyatının açıqlanmış məxfi məlumatlarına və adı gizli saxlanan ABŞ rəsmilərinə istinadən yazır.
"Rusiya KXDR-dən milyonlarla artilleriya mərmisi və raket alır, bu isə qlobal sanksiyaların onun tədarük zəncirlərini ciddi şəkildə məhdudlaşdırdığını və rəsmi Moskvanı hərbi təchizat üçün təcrid olunmuş dövlətlərə müraciət etməyə vadar etdiyini göstərir”, - “The New York Times”da qeyd olunur.
ABŞ hökumət rəsmiləri bildiriblər ki, Rusiyanın sursat almaq üçün bir müddət öncə İrana, indi isə Şimali Koreyaya üz tutması ABŞ və Avropanın tətbiq etdiyi sanksiyaların rəsmi Moskvanın ordunu sursatla təmin etmək qabiliyyətinə ağır zərbə vurduğundan xəbər verir.