Ağsuda iki qadın itkin düşüb

Ağsu rayonunun Çaparlı kənd sakini, 28 yaşlı Gülnişan Səfərli avqustun 22-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, onun əlamətləri belədir: boyu 155 sm, orta bədən quruluşlu, uzun qara saçlı, gözləri qəhvəyi rənglidir.

Bundan başqa, Ağsu Rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə də məlumat daxil olub. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinə (020) 226-27-93 (şəhər) və (055) 820-14-20 (mobil) nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ