Səlim Müslümov məhkəmədə özünü təqsirli bilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasd sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov verilmiş ittihamlarla özünü təqsirli bilib.

Buta.media-nın xəbərinə görə, ittiham aktında bildirilib ki, təqsirləndirilən şəxs bir qrup şəxslə əlbir olaraq müxtəlif mənimsəmə faktı törədib. Təqsirləndirilən şəxs mənimsədiyi 27 milyon manatın 20 milyon manatını dövlət büdcəsinə qaytarıb.

Hakimin “ittiham üzrə özünüzü təqsirli bilirsinizmi?” sualına Səlim Müslümov, “bəli, tam təqsirli bilirəm” deyərək cavab verib.

Sabiq nazir əlavə edib ki, ittiham aktında göstərilmiş mənimsənilən pulların onun tərəfimdən mənimsənilməsi ilə bağlı hissə ilə razı deyil və hazırkı mərhələdə ifadə vermək istəmir.

Proses sentyabrın 12-də davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Ümumilikdə Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ