Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.
“Unikal” xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Sadiq Əliyev təyinat alıb.
Qeyd edək ki, o bu təyinatadək Şirvan DYP-də baş inspektor vəzifəsində çalışıb.