Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun vəzifəsindən getməsi ehtimalını şərh edib.
“Həqiqətən, biz bu mesajları gördük, lakin bu məlumatlar hələ ki, reallaşmayıb. Hələlik Ramza Kadırov Çeçenistan Respublikasına rəhbərlik etməyə davam edir”, - Peskov bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ramzan Kadırov Rusiya qubernatorları arasında ən “uzunömürlü” olduğunu bildirmişdi.
“Çox uzun müddət “oturduğum”un özüm də fərqinə varmışam. Hesab edirəm ki, təcili və uzun bir tətil haqqımdır. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz”, - deyə Kadırov bəyan etmişdi.