Elariz ABŞ vətəndaşı oldu

Müğənni Elariz Məmmədoğlu ABŞ vətəndaşı olub. 

Buta.media-nın məlumatına görə, bu haqda iki ay əvvəl ABŞ-a köçən ifaçı İnstaqram səhifəsində xəbər yayıb. O bildirib ki, artıq rəsmən Amerika vətəndaşı olub:

"Mənim "Greencard"larım gəldi. Artıq Amerika vətəndaşıyam. Sevinənlərə can sağlığı, sevinməyənlərə isə uzun ömür arzulayıram".

Qeyd edək ki, Elariz həyat yoldaşı və qızının "Greencard"a müraciət etdiyini və 2017-ci ildə qazandıqlarını söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ