“Ümid edirəm ki, məni dəstəkləyəcək” - Kadırov vəzifəsindən getmək istəyir

Ramzan Kadırov Çeçenistan Respublikasının başçısı postunu tərk etməyə hazırlaşır.

Belə ki, o, vəzifədə çox qaldığını” bildirdiyi videonu paylaşıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Kadırov deyib:

“Dostlar, bu gün öyrəndim ki, mən Rusiya Federasiyasının qurumlarının rəhbərləri arasında “uzun ömürlü”yəm.

Çox uzun müddət “oturduğum”un özüm də fərqinə varmışam. Hesab edirəm ki, təcili və uzun bir tətil haqqımdır. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ