Göyçay rayon Uşaq Musiqi Məktəbində baş verən hadisə ilə bağlı məsələ Mədəniyyət Nazirliyi tərəfindən araşdırılır.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
“Yaxın günlərdə ictimaiyyətə daha geniş məlumat veriləcək”, - qurumda qeyd ediblər.
Qeyd edək ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb. Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.