Putin məktəblilərə Ukraynadakı müharibənin məqsədini açıqladı

Rusiya prezidenti Vladimir Putin Kalininqradda məktəblilərə görüşü zamanı Ukraynada “xüsusi hərbi əməliyyat”ın məqsəd və vəzifələrindən danışıb.

Rusiya Federasiyası prezidentinin sözlərinə görə, Ukrayna ərazisində Rusiyanı təhdid edən “anti-Rusiya anklavı” yaradılmağa başlayıb. “Onu ləğv etmək xüsusi əməliyyatın məqsədidir”, - Putin deyib.

Rusiya dövlətinin başçısı əlavə edib ki, RF və onun əsgərlərinin missiyası “Kiyevin Donbasa qarşı apardığı müharibəni” dayandırmaqdır: “Ona görə də orada döyüşən bizim uşaqlar həm Donbass sakinlərini, həm də Rusiyanın özünü qoruyurlar. Bu isə təbii ki, bütün cəmiyyətin dəstəyinə layiqdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ