Xalq artisti Ənvər Həsənov koronavirusa yoluxub

Xalq artisti Ənvər Həsənovun müalicəsinə TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir.

Bu barədə TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün - avqustun 31-də pozitiv çıxıb.

Eyni zamanda, bu gün Xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.

Xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir. 

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ