Mixail Qorbaçov öldü

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov 91 yaşında Moskvada vəfat edib. Həkimlərin sözlərinə görə, Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra çərşənbə axşamı, avqustun 30-da dünyasını dəyişib.

O, ölüm ərəfəsində hemodializ üçün Mərkəzi Klinik Xəstəxanaya gəlib. Siyasətçinin böyrəklərində problem var idi, buna görə o həkimlərin tövsiyəsi ilə bir ildən çox tibb müəssisəsində idi.

Hələ iyun ayında Qorbaçov Fondunun mətbuat katibi Vladimir Polyakov siyasətçinin səhhətinin pisləşməsindən xəbər vermişdi - Qorbaçov böyrək xəstəliyindən əziyyət çəkir və müalicə olunur. 

Qorbaçova yaxın mənbə koronavirusun siyasətçinin ölümünə səbəb ola biləcəyi ilə bağlı iddiaları rədd edib. 

Qeyd edək ki, SSRİ-nin eks-prezidentinin bu il 91 yaşı tamam olub. Mixail Qorbaçov Bakıda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ