“Belavia” aviaşirkətinə məxsus Belarus prezidenti Aleksandr Lukaşenkonun təyyarəsi İsrailə uçuş həyata keçirib.
Bunu “Radarbox” izləmə sisteminin xidmətinin məlumatları sübut edir.
Bildirilir ki, çərşənbə axşamı, avqustun 30-u günorta saatlarında bort nömrəsi “EW-301PJ” olan hava gəmisi Tel-Əvivdən Türkiyənin Kayseri şəhərinə uçub.
İsrailli jurnalist Amihay Şteyn Twitter hesabında yazıb ki, təyyarə avqustun 29-da axşam saatlarında Türkiyədən İsrailə gəlib. O, həmçinin Belarus liderinin Qərbin sanksiyaları altında olan böyük oğlu Viktor Lukaşenkonun təyyarədə ola biləcəyini ehtimal edib.
Öz növbəsində “The Jerusalem Post” qəzetinin müxbiri Lahav Harkov sosial şəbəkədəki səhifəsində qeyd edib ki, ölkə hakimiyyəti “Lukaşenkonun təyyarəsi”nin səfərindən xəbərsizdir.