İnsanlar Ayda yaşayacaq və oxuyacaqlar - NASA

Astronavtların Aya yeni enişi yarım əsrdən çox əvvəl insanın Yerin peykində qalmasından əhəmiyyətli dərəcədə fərqlənəcək. 

Bunu NBC telekanalına müsahibəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson deyib.

O, bu dəfə insanların Ayın səthində uzun müddət qala biləcəyini vurğulayıb. 

“Biz orada yaşayacağıq, oxuyacağıq, yeni texnologiyalar inkişaf etdirəcəyik”, - Nelson deyib.

Eyni zamanda, NASA rəhbəri yaxın gələcəkdə bəşəriyyətin Ayı geniş miqyasda doldurmayacağı fikrini ifadə edib. O, insanların Yerin təbii peykində qalmasının təcrübə toplamaq və bəşəriyyətin başqa hansı aləmlərdə yaşaya biləcəyini öyrənmək üçün zəruri olduğunu vurğulayıb.

NASA həmçinin  Artemis-3 proqramı çərçivəsində astronavtların enişi üçün Ayda 13 ərazi seçib. Bütün bölgələr Yer peykinin cənub qütbünün yaxınlığında yerləşir, onların hər birində bir neçə potensial eniş yeri var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ