Əlcəzairdə Makronu fitə basdılar - video

Fransa prezidenti Emmanuel Makron Əlcəzairə səfəri zamanı Oran şəhərinin yerli sakinləri tərəfindən fitə basılıb. 

Bu barədə France Info telekanalı məlumat yayıb.

Fransa lideri “Disco Maghreb” mağazasının qarşısında dayanıb və burada onu aqressiv izdiham qarşılayıb. Təhlükəsizlik qüvvələri prezidenti mühasirəyə alıb və heç kimin ona yaxınlaşmasına imkan verməyib, Makron isə gülümsəyərək insanlara əl yelləyib.

Bu arada əlcəzairlilər Fransa prezidentinə qışqırırdılar ki, öz ölkəsinə getsin. “Fransa ölkəmizi yeyir”, “Makron yalnız qaz üçün gəlir”, - izdihamda şüarlar səslənib. Həmçinin kimsə zarafatla Makrondan həyat yoldaşının necə olduğunu soruşub.  dedi bir yerli.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ