Ukraynanın Təhlükəsizlik Xidməti Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova qarşı ittiham irəli sürüb. Bu barədə UTX-nın rəsmi Telegram kanalı məlumat yayıb.
Kadırov Ukrayna ərazisində hərbi əməliyyatların planlarının hazırlanmasında iştirakda ittiham olunur.
“Sənədləşdirilib ki, 2022-ci ilin fevral-mart aylarında Kadırov fərdi hərbi əməliyyatların hazırlanmasına və planlaşdırılmasına şəxsən rəhbərlik edib, əmrlər verib, bölmə rəhbərlərinin məruzələrini dinləyib”, - məlumatda deyilir.
Çeçenistan rəhbəri Ukrayna ərazisinin sərhədlərini dəyişdirmək üçün aparılan müharibənin palnlaşdırımasında ittiham olunur.