Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə yalan rəy verənlər cərimələnəcəklər.
Buta.media xəbər verir ki, Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Bu dəyişikliyə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə 250 manatdan 450 manatadək cərimə tətbiq ediləcək.
Qeyd edək ki, qiymətləndiricinin bilə-bilə yalan rəy verməsi nəticəsində qeyri-obyektiv ekspertiza rəyi verilə bilər. Buna görə hər hansı məsuliyyət nəzərdə tutulmadığından İXM-yə belə bir maddənin əlavə edilməsi təklif olunur.