Ağdamda imkanlı ailənin qızı intihar etdi - TƏFƏRRÜAT

Ağdam rayonu Qaradağlı kəndində 19 yaşlı Şəbnəm Elşən qızı Xəlilovanın intiharı ilə bağlı bəzi təfərrüatlar bəlli olub.

Buta.media-nın məlumatına görə, Qaradağlı kənd bələdiyyəsinin rəsmisi Muradov Arzuman Yenicag.az-a açıqlamasında hadisə ilə bağlı bunları deyib:

“Hadisənin əsl səbəbi məlum deyil. Qız varlı, həm də tərbiyəli ailənin qızı olub. İki qardaşın bir bacısıdır. Səhər anası işə gedib. Saat 12 radələrində nənəsi zirzəmiyə gedəndə görüb ki, qız özünü asıb. Hay-haray düşüb, təcili tibbi yardım maşını çağırıblar. Amma həkimlər gələndə görüblər ki, artıq gecdir”.

Bələdiyyə rəsmisi meyitin ekspertiza olunduğunu və hələ dəfn edilmədiyini bildirib:

“Meyit hələ dəfn olunmayıb. Hüquq-mühafizə orqanları bu saat mərhumun ailə üzvlərini dindirir. Qız məktub da qoymayıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ