Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Bayden ilə danışıqlar aparıb və Kiyevə təhlükəsizlik sahəsində maliyyə yardımı və dəstəyə görə təşəkkür edib. Bu barədə Ukrayna lideri Twitter-də məlumat verib.
“Birləşmiş Ştatların prezidenti ilə gözəl söhbətim oldu. Mən ABŞ-ın Ukrayna xalqına maliyyə və təhlükəsizlik sahəsində göstərdiyi dəstəyə görə təşəkkür etdim”, - Zelenski yazıb.
Tərəflər həmçinin Ukraynadakı vəziyyətin nizamlanması üçün gələcək addımları müzakirə ediblər.