Deputat: Bu qızları alan da elə onların tayıdır

Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə sosial şəbəkələrdə və bəzi xəbər saytlarında 3 nəfər xanımın lüt görüntüləri yayılan videoya münasibət bildirib.

Buta.media-nın demokrat.az-a istinadən xəbər verir ki, deputat bu cür halların baş verməsinin əsas günahını sosial şəbəkələrlə bərabər televiziya kanallarında görüb. 

Çingiz Qənizadə lüt görüntüləri yayılan xanımlardan birinin nişanlı olması məsələsinə də toxunub: 

"Mən hesab edirəm ki, bu xanımları alanlar da elə onların tayıdır. Əgər simasına, sifətinə baxım qızı alırlarsa, təbii ki, onlar bu həyatı yaşamalıdırlar. Əvvəllər bizim gözəl adətlərimiz var idi. Biz evlənərkən, böyüklər, qohum-əqrəba baxıb məsləhət verirdi. İndi bunlar küçədə hansısa mini yupkalı bir qız görəndə dədsini elçiləyə göndərirsə, artıq məsuliyyət onların öz üzərindədir. Amma bütövlükdə, bu gün Azərbaycanın milli mentalitetinə, milli adət-ənələrimizə və dəyərlərimizə zidd həyat tərzi keçirən insanların sayı çoxdur".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ