Əkiz qardaşların biri 685, digəri 603 bal topladı - video

Şəki rayon, Baş Şabalıd kənd tam orta məktəbinin məzunları Ümman və Ayaz Məmmədov əkiz qardaşları buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən yüksək nəticə göstəriblər.

Bu barədə TehsilBiz tv-nin onlarla bağlı hazırladığı süjetdə bildirilir.

Qardaşlardan Ümman Məmmədov I ixtisas qrupu üzrə 685 bal toplayaraq Şəki rayonu üzrə birinci yerin sahibi olub. Onun əkiz qardaşı Ayaz Məmmədov isə I ixtisas qrupu üzrə 603 bal toplamaqla adını yüksək nəticə əldə etmiş abituriyentlər sırasına yazdırıb.

Onlar qazandıqları uğurlarına görə, valideynlərinə və müəllimlərinə borclu olduqlarını bildiriblər.

Qeyd edək ki, bu il IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq ən yüksək nəticə göstərən Nigar Ağazadə təhsilini Türkiyədə davam etdirəcək. O, Ankara Universitetinin Tibb fakültəsində tam təqaüdlü təhsil alacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ