24 yaşlı qazi vəfat etdi

Vətən müharibəsi iştirkaçısı Şahid Şükürov dünyasını dəyişib.

Bu barədə Unikal.org saytı məlumat yayıb. 

Laçın rayonunun Qarakeçdi kənd sakini olan Vətən müharibəsi iştirakçısı, 1998-ci il təvəllüdlü Şükürov Şahid Manaf oğlu yaşadığı Ağcabədi rayonunda vəfat edib.

Qeyd edək ki, o, Vətən müharibəsinə könüllü yollanıb və ayağından qəlpə yarası alıb.

Ş.Şükürov ailəli idi. İki övladı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ