Paşinyan Putinə zəng etdi - Qarabağdakı durum müzakirə olunub

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edib.

Tərəflər arasında telefon danışığı rəsmi İrəvanın təşəbbüsü ilə baş tutub.

Putinlə Paşinyan Qarabağdakı durumu müzakirə ediblər. Eyni zamanda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının vacibliyi vurğulanıb.

Bundan başqa, tərəflər regionda sabitliyin qorunması üçün Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ