Rusiya ilə Ukrayna arasında müqavilə imzalanacağı təqdirdə Krım yenidən Ukraynaya qayatırlmalıdır.
Bu fikri çərşənbə günü Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın CNN-ə müsahibəsində deyib.
“Krımın Rusiya tərəfindən ilhaqı qanunsuzdur və Türkiyənin bu məsələdə mövqeyi 2014-cü ildən bəri dəyişməyib. Krım Ukrayna ərazisinin bir hissəsidir. [Rusiya Federasiyası ilə Ukrayna arasında] bağlanacaq istənilən müqavilənin əsası bu olmalıdır”, - Türkiyənin TRT telekanalı onun sözlərindən sitat gətirir.