Bakıda iki nəfərin öldüyü qəzanın görüntüləri yayıldı - VİDEO

Bakıda baş verən qəzanın təfərrüatı məlum olub.

Buta.media-nın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hadisə bu gün səhər saat 10:19-da baş verib:

“Rəşid Behbudov küçəsi ilə hərəkət edən 90-NV-350 dövlət nömrə nişanlı avtomobili idarə edən 1971-ci il təvəllüdlü, Xətai rayon sakini Əmiraslanov Ramiz Nəcəfqulu oğlu sükan arxasında qəfil ürək tutmasından vəfat edib.

Avtomobil hərəkətdə olduğu üçün Şəmsi Bədəlbəyli küçəsində piyada zolağı ilə hərəkət edən üç piyadanı vurub və maşın avtobusa çırpılıb. Nəticədə, bir piyada vəfat edib”.

Vaqif Əsədov qeyd edib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ