“WhatsApp” messencerində söhbət siyahısındakı statuslara baxmaq imkanı yaradılacaq. Müvafiq funksiya iOS və Android üçün messencerin beta versiyalarında görünüb. Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Status, istifadəçilərə 24 saatdan sonra avtomatik olaraq silinən fotoşəkillər və ya qısa videolar yerləşdirməyə imkan verən “Stories”ə bənzəyir.
Ən son yeniləməni quraşdıran mütəxəssislər müəyyən ediblər ki, kontaktlar tərəfindən göndərilən statuslar artıq söhbət siyahısından açıla bilər. Bununla yanaşı, “Statuslar” bölməsi yerində qalıb, həmçinin istifadəçilər tərəfindən noutbukdan paylaşılan media fayllarına baxmaq imkanı yaranıb.
“9to5mac” portalının redaktorları hesab edirlər ki, statusların populyarlaşması “WhatsApp”a “Instagram” sosial şəbəkəsinin “Stories” bölməsində tətbiq olunduğu kimi daha çox reklam daxil etməyə imkan verəcək.